Donnarumma qapıçının əsas vəzifəsindən danışdı

“Mançester Siti”nin futbolçusu Canluici Donnarumma qapıçıların ayaqla oyun bacarığı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper müasir futbolda bu bacarığın qapıçının ən vacib üç keyfiyyətindən biri sayıldığını bildirib:

“Qapıçının əsas vəzifəsi zərbələri dəf etməkdir. Təbii ki, ayaqla oyun komandaya kömək edə və onu gücləndirə bilər. Amma əsas keyfiyyət hələ də zərbələri dəf etməkdir”.

Donnarumma yayda PSJ-dən “Mançester Siti”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button