Kapitan Donnarummanın gedişindən danışdı

PSJ-nin müdafiəçisi və kapitanı Markinyos qapıçı Canluici Donnarummanın Paris klubundan ayrılığı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Bu, futboldur. Oyunçular gəlib-gedirlər, amma klub qalır. Mən də bir gün komandadan ayrılacam. Donnarumma qalsa, biz ancaq xoşbəxt olacaqdıq. Son mövsümdə o, əla oyun nümayiş etdirdi. Donnarumma gedirsə, ona hər şeyə görə təşəkkür edəcəyik”.

Daha əvvəl italiyalı qolkiperin Fransa klubundan ayrılıb, Premyer Liqaya keçə biləcəyi bildirilib. “Mançester Siti” Donnarumma ilə maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button