“PSJ mənə hər şey verib”

PSJ-nin qapıçısı Canluici Donnarumma Paris klubunun rəhbərliyi ilə yeni müqavilə haqda gedən danışıqlara münasibət bildirib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, hazırda diqqətini oyunlara yönəltdiyini söyləyib:

“Biz irəliləyirik. Agent danışıqlar aparır. Hazırda bütün diqqətimi oyunlara yönəldirəm. Mən həmişə komanda və azarkeşlər üçün yüz faiz gücümü verirəm. Bu klub mənə hər şey verib”.

Donnarumma son mövsümdə PSJ ilə birlikdə Liqa 1-in çempionu və UEFA Çempionlar Liqasının qalibi olub. Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button