
Donnarummanın agentindən xəbərdarlıq: “Yeni müqavilə barədə razılığa gələ bilməsək…”
İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Enzo Rayola futbolçunun hazırkı müqaviləsi, həmçinin, gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, o, Donnarummanın PSJ-ni tərk etmə ehtimalının çox az olduğunu deyib:
“Biz klubla əla münasibətlər saxlayırıq, Donnarumma Parisdə olmaqdan xoşbəxtdir. Onun müqaviləsi bir ildən sonra başa çatacaq. Böyük klubların maraq göstərməsi əlbəttə, xoşdur, amma hələ ki, konkret təklif yoxdur. Yeni müqavilə barədə razılığa gələ bilməsək, digər variantları da nəzərdən keçirəcəyik. Hələlik heç nəyi istisna etmirik”.
26 yaşlı qolkiper cari mövsümdə Fransa kubokundan başqa, bütün turnirlərdə ümumilikdə 39 oyunda iştirak edib. O, bu matçların 11-də qapısını toxunulmaz saxlayıb və 39 top buraxıb.
Bizi Facebook-da izləyin



