Donnarumma Premyer Liqa klubuna keçə bilər

PSJ-nin qapıçısı Canluici Donnarumma komandadan ayrılaraq, karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti” italiyalı futbolçunun transferində maraqlıdır. Komandanın baş məşqçisi Pep Qvardiola Donnarummanı Ederson Moraesin əvəzləyicisi kimi nəzərdən keçirir. Braziliyalı qolkiper yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.

Donnarummanın parislilərlə 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə öhdəlikləri var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button