Donnarumma: “Mən sakitəm”

PSJ-nin qapıçısı Canluici Donnarumma rusiyalı qolkiper Matvey Safonovla rəqabətdən danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, italiyalı qolkiper özünü əla hiss etdiyini bildirib:

“Özümü əla hiss edirəm, sakit futbol oynayıram. Hər matçda baş məşqçi qərar verir. Bu, doğru və normaldır. Matçdan əvvəl kimin meydana çıxacağını öyrənirik, amma mən sakitəm”.

PSJ dünən öz meydanında “Sent-Etyen”i məğlub edib (2:1). Donnarumma bütün oyunu meydanda keçirib, Safonov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button