
Donnarumma nə vaxt qayıdacaq?
PSJ əsas qapıçısını iki həftəlik itirib.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, parislilərin futbolçusu Canluici Donnarumma üzündən zədə aldıqdan sonra iki həftəyə sağalacaq.
Fransa çempionatının 16-cı turunun “Monako” ilə oyununda (4:2) italiyalı qolkiperin üzünə rəqib oyunçunun dirsəyi dəymişdi. Donnarumma zədə səbəbindən oyunu davam etdirə bilmədiyi üçün 22-ci dəqiqədə əvəzlənib.
25 yaşlı qapıçı bu mövsüm bütün yarışlarda 16 oyun keçirib, 15 qol buraxıb və 5 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin