“Donnarumma heç vaxt “Milan”dan azad agent kimi ayrılmaq fikrində deyildi”

PSJ-nin qolkiperi Canluici Donnarummanın agenti Enzo Rayola hesab edir ki, futbolçu klubun günahı ucbatından “Milan”ı tərk edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qapıçının agenti futbolçunun klubdan azad agent kimi ayrılmaq planı olmadığını bildirib:

“Paolo Maldini ona dedi ki, onlar artıq başqa qapıçı alıblar. Donnarumma heç vaxt “Milan”dan azad agent kimi ayrılmaq fikrində deyildi. “Yuventus” da onunla maraqlanırdı və mübadilə və ya pul təklif edirdi”.

Donnarumma “Mİlan”ın yetirməsidir. O, Paris komandasının üzvü olana qədər 2015-2021-ci illərdə İtaliya klubunda çıxış edib. Ümumilikdə o, milanlıların heyətində 251 oyun keçirib, 265 qol buraxıb və 88 oyunda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button