Donnarumma yeni klubunda nömrə seçimini edib

İtaliyalı qapıçı Canluici Donnarumma İngiltərə Premyer Liqasında – “Mançester Siti”də çıxış edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı qolkiper burada ənənəvi 99 əvəzinə 25 nömrəli formanı seçib.

Əvvəl bu nömrəni Manuel Akanji daşıyırdı, ancaq Donnarummanın seçimində bu nömrənin boşalması rol oynamayıb. Səbəb budur ki, italiyalı qapıçı A Seriyasında debütünü “Milan” forması ilə 2015-ci il oktyabrın 25-də edib və onun doğum günü də fevralın 25-nə təsadüf edir.

Bu tarix onun üçün xüsusi mənaya malikdir və buna görə, məhz 25 nömrəni seçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button