
Donnarummanın “Mançester Siti”də nə qədər qazanacağı məlum oldu
PSJ-nin qapıçısı Canluici Donnarummanın “Mançester Siti”yə keçidi zaman alacağı maaş açıqlanıb.
Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, italiyalı futbolçu İngiltərədə ildə 12 milyon avro maaş alacaq və əlavə bonuslar da nəzərdə tutulub.
26 yaşlı qolkiperin transferi “şəhərlilər”ə təxminən 35 milyon avroya başa gələ bilər. O, 2021-ci ildən PSJ-də çıxış edir, ancaq artıq məlumdur ki, yaxın gələcəkdə komandada qalmayacaq.
Donnarumma Paris təmsilçisinin heyətində ümumilikdə 161 oyuna çıxıb və 56 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin