Donnarumma İtaliya klubu ilə danışıqlar aparıb

PSJ-nin qapıçısı Canluici Donnarumma yaxın gələcəkdə komandasını dəyişə bilər.

Paris təmsilçisi 25 yaşlı qolkiperlə yeni müqavilə imzalamaqda çətinlik çəkir. Hazırkı sözləşmənin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Donnarumma son həftələrdə A Seriyasının top-klublarından olan “İnter”lə danışıqlar aparıb.

Milan təmsilçisi onu 2025/26 mövsümünün sonunda azad agent kimi heyətinə qatmaq istəyir. Bildirilir ki, “İnter” Donnarummaya bonuslarla birlikdə illik 9 milyon avro məvacib təklif etməyə hazırdır.

İtaliyalı futbolçu UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-nin “Arsenal”a qarşı qazandığı ümumi 3:1 hesablı qələbədə əsas fiqurlardan biri olub. PSJ finalda məhz “İnter”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button