“Hər zaman Kriştiano Ronaldodan qorxmuşam” – Donnarumma
İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı qolkiper, kluba olan bağlılığı haqda danışıb:
“Hər zaman “Milan”a azarkeşlik etmişəm. Bu klubun rəngləri mənim üçün hər şeydir, çünki burda böyümüşəm. Mənim üçün hər zaman vacib olan komandanın mövsümün sonunda qərarlaşdığı yerdir. Komandama kömək etmək üçün əlimdən gələni edəcəm”.
İtaliyalı qapıçı, karyerası boyunca ən çox qorxduğu hücumçunun adını da açıqlayıb:
“Hücumçulara gəlincə, bir çox güclü hücumçu ilə qarşılaşmışam. Amma hər zaman Kriştiano Ronaldodan qorxmuşam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin