
Donnarumma rekorda imza atıb
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal” öz meydanında PSJ-yə 0:1 hesabı ilə məğlub olub.
Matçboyu ev sahibləri ard-arda qol cəhdi etsələr də, parislilərin qapıçısı Canluici Donnarumma gözəl qurtarışları ilə diqqət çəkib və komandasını bir neçə dəfə xilas edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper bu oyunda ən azı 5 əla seyv edib ki, bu da PSJ tarixində son 20 ildə Çempionlar Liqasının pley-off mərhələsindəki ən yüksək rekorddur.
Cavab oyunu gələn həftə keçiriləcək.
Digər yarımfinal cütündə isə bu gün “İnter” və “Barselona” qarşılaşacaq .
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



