Üzr istədi
PSJ-nin qapıçısı Canluici Donnaruma Fransa çempionatının 33-cü turunun “Loryan”la görüşünü (1:3) şərh edib.
Komanda.az “Canal+”-a istinadən xəbər verir ki, o, baş məşqçi Kristof Qaltenin tənqidlərə məruz qaldığını deyib:
“Yaşananlar üçün üzr istəyirəm. Hamımız Qalte ilə yaxınıq. Onun üçün qələbə qazanmalı idik.
Baş məşqçimiz həddindən çox tənqidlərə məruz qalır. Təbii ki, bu, xoşumuza gəlmir. Çempion olmaq üçün birliyimizi qorumalıyıq”.
Paytaxt klubu hazırda Liqa 1-in turnir cədvəlində 75 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin