
Donnarumma PSJ-ni tərk etsə…
PSJ-nin qapıçısı Canluici Donnarumma Fransa klubunu tərk edə bilər.
Komanda.az “Sports Zone”-yə istinadən xəbər verir ki, Paris təmsilçisinin idman müşaviri Luis Kampos da qolkiperin klubdan getməsini istəyir. Hazırda məsələ ilə bağlı yekun qərar verilməyib.
Donnarumma PSJ-ni tərk etsə, onu “Portu”nun qapıçısı Dioqo Kosta əvəzləyə bilər.
İtaliyalı qolkiperin gələcək taleyi klub prezidenti Nasser Əl-Xələfinin və adı PSJ ilə hallanan baş məşqçi Luis Enrikenın qərarlarından asılı olacaq.
24 yaşlı Donnarumma 2021-ci ildən PSJ-nin formasını geyinir. O, 2022/23 mövsümündə 48 oyuna çıxıb, 52 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin