Domeniko Krişito karyerasını başa vurdu

İtaliya yığmasının sabiq üzvü, “Cenoa”nın müdafiəçisi Domeniko Krişito karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 36 yaşlı futbolçunun vida mesajı sözügedən klubun rəsmi saytı vasitəsilə təqdim olunub.

Krişito bu ilin yanvar ayında “Toronto”dan ayrılaraq “Cenoa” ilə yarım mövsümlük müqaviləyə imza atmışdı. O, daha öncə 2006-2007, 2008-2011 və 2018-2022-ci illər aralığında da “Cenoa”da forma geyinib. Müdafiəçi bu komandada 291 oyuna 31 qol vurub.

Müdafiəçi daha öncə “Zenit” və “Yuventus”da da oynayıb, İtaliya millisində 26 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button