
“Barselona” belçikalı futbolçu ilə maraqlanır
“Mançester Siti”nin vingeri Ceremi Doku “Barselona”nın yay transfer pəncərəsi üçün qısa siyahısındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flikin heyətdə görmək istədiyi futbolçulardan biridir. Dokunun oyunu ilə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanı qane etmədiyi üçün transferin mümkün olacağı iddia edilir.
22 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 23 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin