“Əminəm ki, “Nyukasl” geri dönəcək və yaxşı nəticələr qazanacaq” – Keçmiş futbolçu

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer komandasının Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Milan”la keçirəcəyi görüşlə bağlı fikirlərini bölüşüb.

Komanda.az “pianetamilan”-a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü “Nyukasl”ın yenidən yaxşı nəticələr qazanacağına inandığını bildirib:

“Mən əminəm ki, “Nyukasl” geri dönəcək və yaxşı nəticələr qazanacaq. Doğma divarlar  oyunçulara qələbə qazanmaqda kömək edəcək. Əminəm ki, stadionda ab-hava son dərəcə əlverişli olacaq”.

“Nyukasl” – “Milan” görüşü dekabrın 14-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button