“Əminəm ki, “Nyukasl” geri dönəcək və yaxşı nəticələr qazanacaq” – Keçmiş futbolçu
“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer komandasının Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Milan”la keçirəcəyi görüşlə bağlı fikirlərini bölüşüb.
Komanda.az “pianetamilan”-a istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü “Nyukasl”ın yenidən yaxşı nəticələr qazanacağına inandığını bildirib:
“Mən əminəm ki, “Nyukasl” geri dönəcək və yaxşı nəticələr qazanacaq. Doğma divarlar oyunçulara qələbə qazanmaqda kömək edəcək. Əminəm ki, stadionda ab-hava son dərəcə əlverişli olacaq”.
“Nyukasl” – “Milan” görüşü dekabrın 14-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin