“Milan” braziliyalı müdafiəçi üçün danışıq aparacaq

“Fiorentina”nın müdafiəçisi Dodo karyerasını “Milan”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar arasında hələlik razılıq əldə olunmayıb, lakin yaxın zamanda vacib görüş baş tutacaq ki, bu da futbolçunun “Milan”a keçidini tezləşdirə bilər.

26 yaşlı braziliyalı müdafiəçi 2024/25 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 46 matçda 6 məhsuldar ötürmə edib. Onun “Fiorentina” ilə hazırkı müqaviləsi 2027-ci ilə kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button