Dmitri Nazarov Almaniya klubundan ayrıla bilər

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın “Ersgebirge” klubundan ayrıla bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Aue klubunun prezidenti Helge Leonhardt açıqlama verib.

2-ci Bundesliqada çıxış edən “Ersgebirge” 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir. Klub rəhbərliyi məhz elə buna görə heyətlə bağlı dəyişikliklərə hazırlaşır.

Leonhardt bildirib ki, Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydt kimi futbolçuların da məsələləri müzakirə olunacaq:

“Hər şeyi çox diqqətlə və kollektiv şəkildə dəyərləndirməliyik. Bura idman nəticələrinin qiymətləndirilməsi ilə yanaşı, ödəniş imkanı da daxildir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button