Dizinə silah dirəyiblər, sonra isə…

“Çelsi”nin futbolçusu Nqolo Kante başına gələn kriminal hadisə barədə danışıb.

Komanda.az “France Football” nəşrinə istinadən xəbər verir ki, oyunçunun tanışları iradəsinə zidd olaraq, onu qeyri-rəsmi agentlər arasında çəkişmələrə sürükləyib. Bəziləri kriminal aləmlə əlaqədə olub.

Beləliklə, 2017-ci ildə belə bir hadisə baş verib: bir quldur Fransa millisinin yarımmüdafiəçisini maşına sürükləyib, orada dizinə silah dayayıb və oyunçunu təmsilçisini dəyişməyə məcbur edən sənədə imza atmağa məcbur edib.

Futbolçunun yaxınlarından biri məsələ ilə bağlı aşağıdakı sözləri dilə gətirib:

“Onun ətrafında uzun illər qarğalar kimi dövrə vuran insanlar olub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button