
Fransalı futbolçu “Çelsi”dən ayrılır – “Bornmut”la oyunda olmayacaq
“Çelsi”nin mərkəz müdafiəçisi Aksel Disasi yanvardakı transfer danışıqları səbəbindən Premyer Liqanın 21-ci turunda “Bornmut”la matçda oynamayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bu ay icarə əsasında komandanı tərk edə bilər.
Disasi “Çelsi”nin heyətinə 2023-cü ilin avqustunda qoşulub. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyunun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin