
Keynin sürətinə diqqət! – Fransalı müdafiəçidən xəbərdarlıq
Fransa millisinin müdafiəçisi Dayot Upamekano ingiltərəli hücumçu Harri Keyn barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun çox sürətlə qaçdığını bildirib:
“Tottenhem” klubunda oynayan futbolçularımız var. Keynin necə oynadığını bilirəm. O, topu axtaran və çox sürətlə qaça bilən hücumçudur. Ona görə də, diqqətli olmalıyıq”.
Fransa millisi DÇ-2022-nin 1/4 finalında İngiltərə yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin