“Diqqətimi cəlb edənlər var” – Qurban Qurbanov

Bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ” “Araz Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: 

“Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amam ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Razı qaldım. Futbolçilarımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçuar oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm. 

Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə, buna o qədər ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan istəyirik ki, oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə, klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə, bu məsələ inandırıcı görünmür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button