
Diniyevin komandasından xal itkisi
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” Türkiyə 1-ci liqasında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 32-ci tur çərçivəsində evdə “Erokspor”la qarşılaşıb.
Görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb. Diniyev bu matçın sonunadək ehtiyatda qalıb.
“Çorum” hazırda 47 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



