Diniyevin komandasından heç-heçə

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Bandırmaspor” 19-cu tur çərçivəsində səfərdə “Pendikspor”un qonağı olub.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. İlk hissədə hesabda geri düşən Diniyevin komandası 90+6-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb.

Görüşə start heyətdə başlayan Coşqun sona qədər meydanda olub.

Bu heç-heçədən sonra “Bandırmaspor” 34 xalla 2-ci pillədə qərarlaşıb və 1 oyun az keçirən lider “Kocaelispor”dan 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button