Diniyevin komandasında yeni baş məşqçi
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyəspor”un yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Şanlının son klubu “Sakaryaspor” olub. O, bu il komandadan ayrılıb.
“Ümraniyəspor” Türkiyə 1-ci liqsının 2023/24 mövsümünü 11-ci sırada başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin