
Diniyevin komandası səfərdən qələbə ilə döndü
Türkiyənin 1-ci liqasında 12-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Şanlıurfaspor”un qonağı olub.
Diniyev 1:0 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. O, 20-ci dəqiqədə sarı vərəqə də alıb.
“Ümraniyəspor” hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin