Diniyevin komandası səfərdə xal itirdi
Türkiyənin 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Ərzurumspor”un qonağı olub.
Diniyev 1:1 hesabıyla bitən bu oyuna start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. O, əvəzlənərkən sarı vərəqə də alıb.
“Ümraniyəspor” hazırda 19 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin