
Diniyevin komandası evdə xal itirdi
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin “Çorum” klubunda növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda Birinci Liqanın 26-cı turunda “Adanaspor”u qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Coşqun bu oyunun 90+3-cü dəqiqəsində meydana buraxılıb.
29 yaşlı yarımmüdafiəçinin komandası turnir cədvəlində 39 xalla 7-ci sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


