Diniyevin klubu baş məşqçi ilə vidalaşıb

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi Türkiyənin “Çorum” klubunun rəhbərliyi baş məşqçi Tuncay Şanlını istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu, komandanın “Ankaragücü”nə məğlubiyyətdən sonra baş verib. Rəhbərlik uğursuz nəticələrə görə Şanlı ilə yollarını ayırıb.

“Çorum” Türkiyə birinci liqasında 51 xalla 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button