Diniyevin cəzası məlum oldu – “Sumqayıt”a 1600 manatlıq cərimə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Zirə” – “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Təcili tibbi yardım xidmətinin nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur.
Birinci divizionun 20-ci turunun “Zirə-2” – “Sabah-2” matçının 37-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Pərdis Fərcad Azad ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 20-ci turunun “Səbail-2” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 20-ci turunun “Sumqayıt-2” – “Zaqatala” matçında “Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 39-cu dəqiqəsində “Sumqayıt-2” klubunun futbolçusu Baxşəli Baxşəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 20-ci turunun “Şüvəlan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin