Diniyevdən Türkiyə klubundakı debüt oyununda 2 qol

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin “Çorum” klubundakı debüt oyununda iki qol vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.

Komanda.az xəbər verir ki, Birinci Liqanın 24-cü turunda “Yeni Malatyaspor”u qəbul edən “qırmızı-qaralar” Coşqunun 14 və 49-cu dəqiqələrdəki dəqiq zərbələrinə sevinib – 2:0.

29 yaşlı yarımmüdafiəçi qış fasiləsində “Bandırmaspor”dan “Çorum”a keçib. Azərbaycanlı futbolçunun komandası turnir cədvəlində 38 xalla dördüncü sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button