Diniyev və komandası üçün “Qalatasaray”
Türkiyə Kubokunda 5-ci raundun püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşk nəticəsində azərbaycanlı futbolçuların komandalarının da növbəti rəqibləri müəyyənləşib.
Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” “Ərzincanspor”la üz-üzə gələcək. Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”u növbəti turda “Sakaryaspor”la görüş gözləyir. Coşqun Diniyevin komandası – “Ümraniyəspor”in bəxtinə isə daha güclü rəqib – “Qalatasaray” düşüb.
5-ci mərhələnin oyunları 9-11 yanvar aralığında keçiriləcək.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
9-10-11 yanvar
Beşiktaş – Eyüpspor
Qalatasaray – Ümraniyəspor
Fənərbaxça – Adanaspor
Trabzonspor – Manisa
Fatih Karagümrük – Kırklarelispor
Başakşəhər – Boluspor
Alanyaspor – Samsunspor
Sivasspor – Keçiörengücü
Qaziantep – Bodrum
Ankaragücü – Rizəspor
Hatayspor – Sakaryaspor
Antalyaspor – Pendikspor
Kasımpaşa – Bandırmaspor
Kayserispor – Gənclərbirliyi
Konyaspor – Göztəpə
Adana Dəmirspor – Ərzincanspor
Bizi Facebook-da izləyin