Diniyev qol vurdu, komandası qalib gəldi

Türkiyənin 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Keçiörengücü”nü qəbul edib.

Diniyev 2:0 hesabıyla qalib gəldikləri bu oyuna start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə penaltidən fərqlənməklə “Ümraniyəspor”da üçüncü qolunu vurub.

“Ümraniyəspor” hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button