Diniyev oynadı, komandası uduzdu

Futbol üzrə Türkiyə 1-ci Liqasında 22-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Çorum”la qarşılaşıb.

Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.

22 turdan sonra aktivində 34 xal olan “Bandırmaspor” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button