Diniyev oynadı, komandası uduzdu

Futbol üzrə Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” səfərdə “Ərzurumspor”un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi matçın 78-ci dəqiqəsində meydana daxil olub.

20 turdan sonra aktivində 34 xal olan “Bandırmaspor” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button