Diniyev “Araz-Naxçıvan”da – Rəsmi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Azərbaycan millisinin də formasını geyinən Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button