“Ümid edirəm ki, Mahirin gəlişi “Dinamo” üçün faydalı olacaq”

“Dinamo”nun (Zaqreb, Xorvatiya) sabiq futbolçusu Mario Tokiç azərbaycanlı hücumçu Mahir Emrelinin Zaqreb təmsilçisinə keçidini dəyərləndirib.

Komanda.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan Tokiç, Mahirin “Dinamo” üçün faydalı olacağını deyib:

“Mahir mədəni oğlandır. O, Azərbaycanın ən güclü komandası olan “Qarabağ”da oynayıb və təzyiq altında olmağa öyrəşib. Mahir sürəti ilə komandaya kömək edə bilər, həm də texnikalı oyunçudur. Ümid edirəm ki, onun gəlişi “Dinamo” üçün faydalı olacaq.

Azərbaycanlı futbolçular öz ölkələrində yaxşı qazanırlar və xaricə getmək haqda düşünmürlər. Onlara evdə xoşdur, yaxşı yaşayırlar və pul qazanırlar. Buna baxmayaraq, Mahir azərbaycanlı futbolçuların Avropada uğur qazana biləcəyini göstərmək üçün yaxşı addım atdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button