Xorvatiya klubu “sükan”ı Kannavaroya tapşıra bilər

“Real”ın və İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro Zaqreb “Dinamo”sunun baş məşqçi postuna əsas namizəddir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bu vəzifədə olan Nenad Byelsa klub rəhbərliyi tərəfindən işdən çıxarılarsa, Kannavaro Xorvatiya klubunda baş məşqçi postu üçün ilk seçim olacaq.

“Dinamo” 51 yaşlı mütəxəssisi bu vəzifəyə ideal namizəd hesab edir və o, onların siyahısında birinci yerdədir.

Komandanın 18 oyundan sonra 29 xalı var və Xorvatiya liqasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button