“Rəvan”ın sabiq futbolçusu kuryerliyə başladı
“Dinamo”nun (Kiyev) sabiq futbolçusu Artyom Butenin kuryerliyə başlayıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı keçmiş müdafiəçi Ukraynada bir pizza şirkətində kuryer kimi işə başlayıb. Bu barədə “sportarena.com” saytı məlumat yayıb. Butenin bu işin qarşılığında aylıq təxminən 30 min qrivna (1800 manat) qazanacaq.
Karyerası ərzində Ukraynada “Dinamo”, “Volın”, Çexiyada “Slovan”, Moldovada “Zarya” kimi klublarda çıxış edən Buteninin son ünvanı Azərbaycan olub. Müdafiəçi ölkəmizdə keçmiş “Rəvan” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin