“Dinamo”nun baş məşqçisi: “Şanslar bərabərdi”
Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Visente Miranda Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, ispan mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyunda ən yaxşı nə idi?
- Onu qeyd edə bilərəm ki, ən yaxşı komanda idi. İstər 10 dəqiqə oynayanlar, istərsə də 90 dəqiqə oynayanlar. Bizim istədiyimiz yol budu və bunu davam etdirəcəyik.
- Dünən demişdiz ki, heç-heçə və 0:1 hesablı məğlubiyyət də yaxşı olar. Bu gün nə düşünürsüz?
- Əlbəttə ki, 2:0 bizim üçün çox yaxşıdı. Ancaq unutmamalıyıq ki, “Qəbələ” yaxşı komandadı. Çalışacağıq ki, bu üstünlüyü qoruyub, mərhələni adlayan tərəf biz olaq.
- Ümumi mənada yaxşı oynamağınıza baxmayaraq, bəzi anlarda zəif çıxış etdiz…
- Müəyyən qol imkanlarımız oldu, ancaq yararlana bilmədik. Rəqib də səviyyəli komandadı. Bütün oyunu istədiyimiz kimi həyata keçirdik.
- Tiflisdə hücum futbolu oynayacaqsız, yoxsa hesabı qorumağa çalışacaqsız?
- Bizim hər oyun üçün planımız var. Bu gün qələbə qazandıq, ancaq bu, hər şey demək deyil. Bizi güclü rəqiblə ikinci oyun gözləyir. Çalışacağıq ki, 200 faiz gücümüzü qoyub, qələbə qazanaq.
- 10 oyundu ki, komanda qalib gəlir, ölkə kuboku xaric. Bu uğurun sirri nədədi?
- Dünən də qeyd etdim ki, komanda ruhu bizim üçün önəmlidi. Bizim bir məqsədimiz var, bunun üçün də çalışırıq. Bu oyunu unudub, qarşıdakı oyuna köklənəcəyik.
- “Qəbələ”də diqqətinizi çəkən nə oldu?
- “Qəbələ” kompakt oynayan komandadı. Fərdi bacarıqları olan futbolçuları var. Xüsusilə standart vəziyyətlərdə yaxşıdılar. Çalışacağıq ki, növbəti mərhələyə yüksələn tərəf biz olaq.
- Bu qələbədən sonra şanslarınızı necə dəyərləndirirsiz?
- Şansları 50/50 görürəm. Biz 200 faiz hazır olmalıyıq ki, mərhələni keçən tərəf biz olaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin