“Dinamo”nun 2 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Dinamo”nun (Zaqreb) iki futbolçusu Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-offunun cavab oyununu buraxa bilər.

Komanda.az “Germanijak” nəşrinə istinadən xəbər verir ki, Xorvatiya təmsilçisində Stefan Ristovski və Ariyan Ademinin zədə səbəbindən meydana çıxmamaq ehtimalı var.

Ademi “Şibenik”ə qalib gəldikləri (3:0) çempionatın 3-cü tur matçında sıradan çıxıb. O, bu səbəbdən “Qarabağ”la ilk görüşdə də iştirak etməmişdi.

Ristovski isə məhz “Qarabağ”la oyunda əzələsindən zədə alıb. Onun da Bakıdakı cavab matçında oynaması sual altındadır.

Avqustun 20-də Zaqrebdəki oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button