“Dinamo” Türkiyədə qaldı – Müharibə qorxusu!
Rusiya ilə Ukrayna arasında müharibənin hər an başlaya biləcəyi xəbərləri gündəmi zəbt etdiyi vaxtda Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku komandası ilə bağlı maraqlı addım atıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis Türkiyənin Antalya şəhərində əlim-məşq toplanışında olan komandasını Kiyevə qaytarmamaq qərarı verib. Luçesku özü bir neçə günlüyə ölkəsi Rumıniyaya gedib. O, sonra təkrar Antalyaya qayıdacaq.
“Dinamo” ikinci bir qərar verilən qədər Türkiyədən ayrılmayacaq.
Ukraynada mövsümün ikinci hissəsinin fevralın 25-də start götürməsi planlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin