Bu da oldu! – Futbolçunun əvəzinə oyunlara əkiz qardaşı çıxırmış

Rumıniya futbolunda qəribə hadisə baş verib.

Komanda.az xəbər verir ki, qış transfer pəncərəsi dövründə Buxarest “Dinamo”su müdafiəçi Edqar Ye ilə müqavilə imzalayıb. Amma Rumıniya mətbuatının yaydığı məlumata görə, meydana Edqar yox, Edelino adlı əkiz qardaşı çıxıb.

İndi Buxarest “Dinamo”su saxta Edqar Yenin meydana daxil olduğu matçlara görə texniki məğlubiyyət ala bilər, çünki komandada adı açıqlanmayan futbolçu çıxış edib. Bu isə o deməkdir ki, vaxtı ilə avrokuboklarda çıxış edən “Dinamo” Rumıniyanın yüksək divizionundan aşağı düşə bilər. 

Edqar Ye bir vaxtlar “Barselona”nın gənclər komandasında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button