Zelenski “Dinamo” – “Fənərbaxça” matçı üçün danışıqlara başladı
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Dinamo” (Kiyev) – “Fənərbaxça” matçı İngiltərədə keçirilə bilər.
Komanda.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski oyunun İngiltərədə keçirilməsi üçün şəxsən danışıqlara başlayıb. Zelenski oyunun “Uembli” stadionunda keçirilməsini istəyir.
ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları iyulun 19-20-də və 26-27-də keçiriləcək.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin