“Dinamik və hücumameyilli futbol oynadıq” – “Araz-Naxçıvan”ın məşqçisi
Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan sonra qonaqların məşqçisi Rasim Ramaldanov fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
“Sumqayıtda oynamaq hər zaman xoşdur. Azarkeşlər gözəl ab-hava yaradır. Dinamik və hücumameyilli futbol oynadıq. Futbolçulara təşəkkür edirəm, bu gün sona qədər mübarizə apardılar. Qoldan sonra bir qədər müdafiəyə diqqət yetirdik. “Sumqayıt”a qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Millinin rəsmi oyunlarına görə çempionatda yaranacaq fasilə bizim üçün də fürsət olacaq. Çünki düzəldilməsi lazım olan nöqsanlar, çatışmazlıqlar var, onların uzərində işləyəcəyik.
Mümkün qədər xal ehtiyatımızı artırmalıyıq. Yekunda avrokubok zonasına düşə bilsək, şad olarıq”.
Bizi Facebook-da izləyin