Dik Advokat İraq millisindən ayrıldı
Futbol üzrə İraq millisinin baş məşqçisi Dik Advokat istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb. 74 yaşlı baş məşqçini köməkçisi Jelko Petroviçin əvəzləyəcəyi bildirilib.
Dik Advokat bu ilin iyununda İraq millisinin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi 4 xal toplaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin