“Bu klubların hamısı birinci səbətdə olmalı idi” – Klopp
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması ilə bağlı açıqlama verib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, geridə qalan mövsümdə turnirin qalibi olan alman mütəxəssis, yeni mövsümlə bağlı bunları deyib:
“Bu mövsüm qruplar inanılmaz olacaq. Çempionlar Liqasının qalibi olmaq üçün “açar” futbolçum yoxdur. Digər klublarla bərabər səviyyədə şansımız var. Düşünmürəm ki, bu mövsüm turnirdə İngiltərə komandaları üstünlük təşkil edəcək. Çempionlar Liqasının tarixində indiyədək belə güclü 2-ci səbətin olduğunu düşünmürəm. Bu klubların hamısı birinci səbətdə olmalı idi. Amma orda kifayət qədər yer yoxdur. 4-cü səbətdən isə “Leyptsiq”i fərqləndirmək olar.
“Bavariya” İvan Perişiçi və Filippe Koutinyonu heyətinə qatdı. Bu futbolçular komandaya böyük təkan verəcəklər. Turnirdə “Yuventus”, PSJ kimi çox keyfiyyətli komandalar olacaq”.
Fransanın Monako şəhərində keçiriləcək tədbir saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin